Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Kinosu  Günü ilə bağlı dəyirmi masa keçirilib

02.08.2022

02.08.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 02 avqust Azərbaycan Kinosu  Günü ilə bağlı dəyirmi masa keçirildi.  Tədbirdə Azərbaycan kino sənətinin ötən müddətdə zəngin özünəməxsus inkişaf yolu keçməsindən, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamasından söhbət açıldı.Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin son illər verdiyi sərəncamlardan sonra kinonun bütün sahələrinin problemlərinin həllinə başlanıb. Bu sərəncamlarda respublikamızda, eyni zamanda, dünyanın bir neçə ölkəsində Azərbaycan kinosu üçün kadrların hazırlanması məsələsi də öz əksini tapmışdı.

 

87.8 KB